Astara, 7 may, AZƏRTAC
Mayın 7-də Astara Rayon Mərkəzi Kitabxanasında Lənkəran regional ədliyyə şöbəsinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyə üzvlərini və qulluqçularını maarifləndirmək məqsədi ilə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili” mövzularında seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli icra strukturlarının, bələdiyyələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Lənkəran regional ədliyyə şöbəsinin böyük məsləhətçisi Əvəz Bədəlov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Seminar-müşavirədə arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ilə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda suallar cavablandırılıb.