"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Dövlət Xidmətinin rəisi Armen Ayrapetyanın qərarına əsasən, 2015-ci il mayın 7-dən etibarən ölkəyə diri quş, quş məhsulları, damazlıq yumurta, yem, quş tükü və digər məhsulların gətirilməsi yasaqlanıb. Qərar Türkiyədən Ermənistana "quş qripi" virusunun keçməsinin qarşısının alınması məqsədilə verilib.
Qadağa Türkiyədən Ermənistan ərazisinə 2015-ci il aprelin 23-dək gətirilən məhsullara aid deyil.
Məlumatda qeyd olunur ki, Türkiyədən idxal edilən ərzaq məhsulları Ermənistanda xüsusi laborator müayinədən keçirilir və yalnız bundan sonra onların Ermənistan ərazisində istifadəsinə icazə verilir.