Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) ilk hesabat konserti keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, konsert SSRİ xalq artisti, professor Qəmər Almaszadənin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Hesabat konsertində BXA-nın orta ixtisas təhsil pilləsinin məzunları, tələbələri və ümumi orta təhsil pilləsinin şagirdləri iştirak ediblər.
Tədbirdə akademiyanın V.Çabukiani adına festivalın laureatı adına layiq görülmüş tələbələri və qonaq qismində Cənubi Afrika Respublikasının vətəndaşı, beynəlxalq müsabiqələr laureatı Corcia Vulf Azərbaycan milli, dünya və klassik rəqs nümunələri ilə çıxış ediblər. Konsert nömrələrinin quruluşu və hazırlanmasında BXA-nın aparıcı müəllimləri, xalq artisti Yusif Qasımov, Ella Hacıyeva, Lyudmila Həsənova, Lyudmila Çernousova, Kamilla Əliyeva, əməkdar artistlər Tamilla Məmmədova, Emin Əliyev və Səbinə Qasımova iştirak ediblər.
Afrikalı C.Vulf baletmeyster Azər Mirzəyevin quruluşunda Azərbaycan xalq mahnisi “Sarı gəlin” rəqsini ifa edib. Konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, xalq artisti Mədinə Əliyevadır.
Bakı Xoreoqrafiya Akademiyasının ilk hesabat konserti olub
Bakı Xoreoqrafiya Akademiyasının ilk hesabat konserti olub
Bakı Xoreoqrafiya Akademiyasının ilk hesabat konserti olub