Türkiyədə 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərdən birinin kimliyi məlum olub.
Metbuat.az xəbər verir ki, Yeniden Refah Partiyasının sədri Fatih Erbakan növbəti seçkilərdə prezidentliyə namizəd olacağını açıqlayıb. 2023-cu ildə keçirilən seçkilərdə prezident Rəcəb Teyyub Ərdoğanın xeyrinə namizədliyini geri götürən siyasətçi bu dəfə heç kimə güzəştə getməyəcəyini bildirib. Fatih Erbakan Türkiyəni mövcud iqtisadi böhrandan xilas etmək üçün dolğun konsepsiyaya malik olduqlarını iddia edib.
Qeyd edək ki, 47 yaşlı Fatih Erbakan Türkiyənin mərhum baş naziri Necmettin Erbakanın oğludur. O, radikal dini mövqeyi ilə seçilir.