Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" hesabında məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ Qaziantep, Şanlıurfa, Elazığ, Malatya və Diyarbəkirdə hiss edilib.

Zəlzələ 7,39 kilometr dərinlikdə baş verib.