Pekin, 8 may, AZƏRTAC
Çinin Fucou şəhərinin 67 yaşlı sakini Gen Çenqan dünyanın ən böyük mis ayaqqabısını hazırlayıb. Hündürlüyü 1,3, uzunluğu 2,3, eni 0,8 metr olan ayaqqabının çəkisi 1 tondur.
Gen Çenqan yarım ilə ərzində hazırladığı ayaqqabıya 180 min yuan (təxminən 30 min ABŞ dolları) vəsait sərf edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin