Bakı – Şarm ƏŞ Şeyx birbaşa reysi həyata keçiriləcək

İyulun 18-dən etibarən Bakı – Şarm ƏŞ Şeyx birbaşa reysi həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, uçuşu "Sunday Airlines" brendi adı ilə Scat aviaşirkətinin rahat və komfortlu Boeing 757 – 200 avialayneri ilə həyata keçirəcək. Uçuşlar hər həftənin cümə axşamları həyata keçiriləcək. Cəmi üç saat davam edən uçuş zamanı şirkət səyahətçilərə soyuq qəlyanaltılar və alkoqolsuz içkilər təklif edəcək.

Şarm ƏŞ Şeyxə turların müddəti – 7 gecədən 14 gecəyə qədər davam edir. Misirdə turistləri “Selfie Travel Egypt” şirkəti qarşılayacaq. Misir səyahət və istirahət üçün il boyu əlverişlidir.

Şarm ƏŞ Şeyxə məxsus yüngül dəniz küləyi və az rütubətli hava şəraiti yayın çox yüngül keçməsinə kömək edir. Açılan yeni marşurutda turistləri günəş və çimərlik istirahəti ilə yanaşı, cəlbeici qiymətlər də maraqlandıracaq. Yayda Misirdə istirahət etməyin müsbət tərəfləri:

Tam qidalanma Əyləncə infrastrukturunun geniş seçimi, dolğun ekskursiya proqramı, gözəl Qırmızı dənizin əsrarəngiz sualtı dünyası, digər yay marşrutları ilə müqayisədə qənaət və fayda, yüksək səviyyəli təhlükəsizlik...

Qeyd edək ki, Şarm ƏŞ-Şeyxə turlarını Bakıda yerləşən istənilən turizm agentliklərindən sifariş edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR