Azərbaycan Turizm Bürosu tərəfindən Hindistandan olan turizm şirkətləri ilə yerli turoperatorların nümayəndələri arasında tanışlıq görüşü təşkil olunub.
Metbuat.az bildirir ki, B2B xarakterli və 50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.
Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilən tədbirin əsas məqsədi Bakıda və regionlarda Azərbaycanın turizm potensialının təqdimatı və ölkəmizə gələn əcnəbilərin sayını artırmaqdır.
Mumbay şəhərindən olan şirkətlərin Azərbaycan və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.
Bakıda xidmət göstərən hotellər və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
Hindistan turoperatorlarına Azərbaycanın turizm imkanları tanıdılır
Həmçinin oxu
“PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirildi - Foto
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Sahibə Qafarova haqlı idi - Aqil Abbas
Bu gün
·
11:51
4 898 hektar ərazi minalardan təmizlənib
Bu gün
·
11:36
Türkiyə sosial şəbəkələrində Prezidentin adından saxta fikirlər yayılır - Media və Yayım Şurası
Bu gün
·
11:30
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bu gün
·
11:26
3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Bu gün
·
11:12
Müəllim vakansiyaları üzrə işə qəbul elan edildi
Bu gün
·
10:56
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi
Bu gün
·
10:45
Oğuzda meşədə yanmış meyit tapıldı
Bu gün
·
10:37
Azərbaycanda Leonid meteor yağışı görünəcək - Tarixlər
Bu gün
·
10:26
İranla sərhəddə silahlı insident - 1 nəfər zərərsizləşdirildi
Bu gün
·
10:21
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Bu gün
·
10:12
"Rəqəmsal Media Ayı" keçiriləcək
Bu gün
·
09:54
Premyer Liqasında X tura yekun vurulacaq
Bu gün
·
09:13
Mərkəzi Bankın valyuta məzənnələri
Bu gün
·
09:10
Bu ərazilərdə işıq kəsiləcək
Bu gün
·
09:02