"Bizim market" şəbəkəsinin ortaqlarından biri 3 mağazasını bağlayır
Belə ki, 2 qardaş arasında yaranan mübahisə nəticəsində, qardaşlardan biri şirkətdə olan payını götürərək ayrıca fəaliyyət göstərməyə başlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bir ilə yaxındır fəaliyyət göstərdikdən sonra, devalvasiya və bazar dalğalanmasına tab gətirmədiyini deyən sahibkar mağazalarını bağlamaq qərarına gəlib.

Məlumatı tədarükçi firmalar yayıb. Belə ki, tədarükçilərə zəng edərək bildiriblər ki, gəlib mağazada olan mallarını götürsünlər. Səbəbi soruşulduqda mağazanın bağlanacağı bildirilib.

Biz də mağazalarda olduğumuz zaman vitrinlərin boşaldığını və yerdə qalan məhsulların endirimlə satıldığını gördük. İşçilər də bildirdilər ki, artıq onların çoxunu işdən çıxarıblar və marketin bağlanılacağı bildirilib.

Bağlanılması gözlənilən mağazaların yerləşdiyi ünvanlar:

1. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi.

2. Yeni Yasamal rayonu, Kənar dairəvi yolu.

3. Nəsimi rayonu, Rəşid Behbudov küçəsi (supermarketinq.com).

Milli.Az