Bu gün Moskvada keçirilən Regional Rabitə Birliyinin (RRB) rabitə administrasiyalarının 50-ci Rəhbərlər Şurasının birgə iclasında və RRB yayında MDB ölkələrinin informasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 21-ci iclasında Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Radioreqlamentar Komissiyasına üzv seçilib.

Tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin yaradılması və inkişafı üzrə MDB ölkələrinin əməkdaşlıq strategiyasının yerinə yetirilməsi və s. məsələlər müzakirə olunacaq.

Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavə və dəyişikliklər edilməsi üzrə qərarlar qəbul ediləcək.


Xatırladaq ki, Regional Rabitə Birliyinin iclaslarında Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirdə nazir Əli Abbasov RRB-yə üzv ölkələrdə İKT sektorunun inkişaf perspektivləri üzrə məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində Novruz Məmmədov "Azərbaycanda poçt sektorunun inkişafı" , Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzə təqdim edib.


Aynur Vəliyeva