Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirib .
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan 3 saat davam edib və təlimata uyğun olaraq keçirilib, namizədlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanın nəticələri bu gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.