Müğənni Ayan Babakişiyeva küçədə sərbəst gəzə bilməməkdən şikayətlənib.

Axşam.az-a açıqlama verən sənətçi metroya və avtobusa minmək istədiyini bildirib:

"Çox istəyərdim ki, Azərbaycanda ictimai nəqliyyata - metroya, avtobusa minim. Taksidən istifadə edirik. Amma bu ictimai nəqliyyat sayılmır. İşıqforda dayananda avtobuslara diqqətlə baxıram. Gənc qız oturur, yaşlı qadın ayaqüstədir. Bu hallara çox pis oluram. Biz məşhurların ictimai nəqliyyatdan istifadə etməsinə yaxşı baxmırlar. Küçədə gedəndə söz atırlar, mənasız ifadələr işlədirlər. Hələ tanınmış biri şəhərdə piyada da gəzə bilmir. İnsanlar başa düşmür ki, biz də küçədə sərbəst gəzmək, mağazaya alış-verişə çıxmaq istəyirik. Xaricdə olanda heç vaxt ictimai nəqliyyatdan istifadə etmirəm. Ancaq piyada gəzirəm. Tanıyan yoxdur, söz atmırlar. Sərbəst dolaşmaq insana zövq verir. Həm də ayaqla gəzmək sağlamlığa xeyirdir".