Roma, 10 may, AZƏRTAC
İtaliya mətbuatında İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin Bakıdakı təqdimatı ilə bağlı yazılar yer alıb.
Tədbirlə bağlı AZƏRTAC-ın materialına istinadla yayılmış məqalələrdə bildirilir ki, bu cəmiyyətin təsis olunması ilə iki ölkə arasındakı mövcud əlaqələr daha da genişlənəcək.
Yazılarda əsasən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun tədbirdə səsləndirdiyi fikirlərə yer verilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

