Aktrisanın səhnəyə gəlişi və geyimi diqqəti cəlb edib. Ən çox diqqəti çəkən isə başındakı tac olub. Son zamanlar şou aləmində "tac qalmaqalı"nın tüğyan etdiyi dövrdə bu addımı atmağını o belə izah edib.
"Bu səhnə geyimidir. Rol aldığım tamaşadakı personalla bağlıdır. Bu günə kimi demişəm, indi də deyirəm mənim aktrisalığım 100 yox lap 101 faizdir. Səhnənin kraliçasıyam".
Aktrisa verilişin növbəti hissəsində kraliça geyimin dəyişib öz zövqlü geyimi ilə də göz oxşayıb.
Qeyd edək ki, "A-dan Z-yə"nin ötən buraxılışlarının birində digər xalq artisti İlhamə Quliyeva qonaq olub. O, açıqlama verərək taclarından imtina etdiyini deyib.
"Mənim rəsmi taclarım var və hazırda taclarımın sayı doqquzdur. Əslində mən bütün verilişlərə, konsertlərə, tədbirlərə tacla getməliyəm. Amma indi bəyan edirəm ki, mən bu taclardan imtina edirəm. İndi hamı tutuquşuluq edir. Yaraşdı yaraşmadı tac taxır, buna görə mən ancaq çox vacib tədbirlərdə mənə hədiyyə edilən ən sonuncu tacımı taxacam".
Xatirladaq ki, "A-dan Z-yə" verlişi bir müddət hər şənbə saat 18:15-də yayımlanacaq.







Mənbə
ANS PRESS