"Mançester Siti" ulduz futbolçuya görə sərvət ödəməyə hazırdı

"Mançester Siti" "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba ilə yaxından maraqlanır.

Metbuat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" ulduz futbolçunun müqabilində qarşı tərəfə 70 milyon funt ödəməyə hazırdı. Bununla yanaşı, "Mançester Siti" Poqbanın özünə də fantastik təklif göndərəcək. Fransız təklifi qəbul edəcəyi təqdirdə ingilis klubunun tarixində ən çox məvacib alan futbolçu olacaq.

Hazırda "Mançester Siti"nin ən çox qazanan futbolçusu Yaya Turedi. Onun həftəlik məvacibi 220 min funtdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR