"Müğənni olmağım övladlarımı narahat edirdi"

"Müğənni olmağım övladlarımı narahat edirdi"
17:27 11 May 2015
73 Şou
Ölkə mətbuatı
A- A+

"Elə bilirlər ki, hər gün efirə çıxmaqla seviləcəklər"
Müğənni Nura Suri "Region TV"də yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib.
 
Sevilən ifaçı tez-tez efirə çıxan həmkarlarını tənqid edib: "Səbəb oldu-olmadı efirə çıxmağa gərək görmürəm. Bir səbəb olmalıdır. Ya yeni mahnın olmalıdır, ya da danışmağa sözün. Yaxud da hansısa getmədiyin verilişə getməlisən ki, aparıcı ilə ünsiyyət qurasan. Baxıram efirlərə, eyni verilişlərə eyni müğənnilər çıxırlar. Elə bilirlər ki, hər gün efirə çıxmaqla, insanların gözünə soxulmaqla seviləcəklər, populyarlıq qazanacaqlar. Sevilmək bundan asılı bir şey deyil. Amma mən heç kəsi qıcıqlandırmaq istəmirəm, ona görə də gec-gec efirə çıxıram".
 
Tanınmış müğənni övladları ilə bağlı sualları da cavablandırıb: "Oğlum artıq ulduzdur. Mənə deyir ki, şəklimi çək, qoy İnstagram-a. bir aydır məşqə gedir, artıq sarı kəmər alıb".
 
Populyar ifaçı müğənni olmağının əvvəllər övladlarını narahat etdiyini etiraf edib: "Əvvəl övladlarım müğənni olmağımı bəyənmirdilər, amma indi xoşlarına gəlir. Müğənni olmağım övladlarımı narahat edirdi. Böyük övladım bizimlə yaşamır, Londonda təhsil alır üç ildir. Onu yaydan yaya görürük deyə müğənni olduğumu hiss etmir. Ortancıl da əvvəl bəyənmirdi, amma indi problem yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/339776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR