Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam İnkişaf Bankına (İİB) üzv dövlətlərin ilk Suveren İnvestisiyalar Forumunda iştirak edib.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, forum çərçivəsində ARDNF-in icraçı direktoru Ş.Mövsümov və İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli arasında görüş olub. Görüş zamanı Dövlət Neft Fondu ilə İslam İnkişaf Bankı arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.