Bakı, 12 may, AZƏRTAC
Gənclər təşkilatları arasında peyntbol üzrə çempionatın növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, oyun Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi ilə AEGEE Bakı İctimai Birliyi arasında təşkil olunub. Növbəti mərhələyə Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi vəsiqə qazanıb.
Qeyd edək ki, çempionat “İrəli” İctimai Birliyi, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Peyntbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilir. Çempionatda 20 gənclər təşkilatı iştirak edir.
