Bakı, 12 may, Nihat Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft qiymətlərinin qarşıdakı on il ərzində 100 dollar səviyyəsinə qalxmayacağını bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 12 ölkənin üzv olduğu OPEC ən yaxşı halda 2025-ci ildə neftin bir barrelinin qiymətinin 76 dollar səviyyəsində olacağını proqnozlaşdırır.
“CNBC” kanalına müsahibə verən Fransanın “Societe Generale” bankının neft araşdırmaları üzrə analitiki Maykl Vitner isə yaxın bir neçə həftədə neftin qiymətində ucuzlaşmanın aradan qalxacaçını deyib.