Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Orbital-Engineering Smart Satellite Consalting” şirkəti ilə müqavilə imzalayıb.

“ICTnews” xəbər xidməti bildirir ki, müqavilənin şərtlərinə əsasən, şirkət “Azərkosmos”a radiotezliklərin koordinasiyası üzrə Beynəlxalq Telekommunikasiya İttifaqına müraciətlərin qiymətləndirilməsi və koordinasiya planlarının hazırlanması üçün təlimlərin təşkili ilə əlaqədar xidmətlər göstərəcək.

“Azərkosmos” ASC-nin “Orbital-Engineering Smart Satellite Consalting” şirkəti ilə imzaladığı müqavilənin ümumi dəyəri 22,5 min avro təşkil edir.

Aynur Vəliyeva