[ 12 May 2015 13:35 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakının mərkəzində avtobusların sayının çox olması tıxaclara səbəb olur”.
“APA-Economics”in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
“İlk Avropa Oyunları zamanı bir-birini təkrarlayan marşrut avtobusları metro stansiyalarının girişlərində öz hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcəklər. Vətəndaşlarımız isə daha çox yeni avtobuslardan, metrodan və şəhərin mərkəzinə gedən xüsusi avtobuslardan istifadə edəcəklər”, - deyə nazir müavini bildirib.