Bakı, 13 may, AZƏRTAC
“DəmirBank”ın “MasterCard” plastik kartları ilə alış-veriş edənlər Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı və 8 ədəd İphone 6 mobil telefon kimi dəyərli hədiyyələr qazanmaq şansına sahib olacaqlar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda (“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Puma”, “Nike”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Cafe”, “Mado Japan”, “LTB” və s. ) “MasterCard” ilə ən azı 1 manat dəyərində alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. “MasterCard” vasitəsilə ödənişdən sonra verilən kodlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir. İkinci kart sahiblərinin ödənişləri əsas kart sahibi tərəfindən edilmiş ödənişlər kimi qəbul olunur.
Lotereyanın 33 qalibi olacaq və onlar iyulun 10-da xüsusi kompyuter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək.
“DəmirBank”ın “MasterCard” sahibləri, həmçinin Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrindən 10 faiz endirim əldə edəcəklər.