Bakı, 13 may, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunun Gülməmmədli kəndində işgüzar forum təşkil edib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, həmçinin çiyələk emalı, üzümqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Mayın 13-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.