Bakı. 13 may. REPORT.AZ/ NATO Parlament Assambleyasının (PA) növbəti sessiyası mayın 16-18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avroparlamentdəki ən böyük fraksiya, "Avropa Xalqları Partiyası" bildirib.
Məlumata görə, toplantıda NATO-nun genişləndirilməsi məsələsi müzakirə ediləcək.
Xəbərdə bildirilib ki, seessiyada Bosniya və Hersoqovina, Monteneqro, Makedoniya, Ukrayna və Gürcüstan parlementləri sədrlərinin də iştirakı gözlənilir.