Bakı, 13 may, AZƏRTAC
“Atəşgah” sığorta şirkəti aprel ayında KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, məbləği 10 480 manat təşkil edən sığorta ödənişi Bakı-Şamaxı yolunun 75.5-ci kilometrində aşmış “Hyundai İX-35” markalı avtomobilin sahibinə verilib.
Daha bir ödəniş də maneə ilə toqquşmuş “Hyundai İX-35” markalı avtomobilin sahibinə təqdim edilib. Bakı–Qazax yolunda baş verən hadisəyə görə müştəriyə 7490 manat məbləğində sığorta ödənişi verilib.
Başqa bir hadisə Bakı şəhəri, Moskva prospektində baş verib.
Şirkətdə KASKO üzrə sığortalanmış “Toyota Prado” markalı avtomobil maneə ilə toqquşub. Həmin hadisə üzrə müştəriyə 18 918 manat sığorta ödənişi verilib.