30 ildir müəllim işləyən qadın məktəbdə hücuma

Türkiyənin Mersin şəhərində 30 ildir müəllim işləyən Nigar Özçelik şagirdinin valideyninin hücumuna məruz qalıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Nigar Özçelik ötən gün məktəbin dəhlizində gəzən uşaqlardan birini sinifə girməsi üçün xəbərdarlıq edib. Növbəti gün şagirdin valideynləri uşağı itələdiyini iddia edərək müəllim ilə mübahisə ediblər. Şagirdin atası mübahisə zamanı Özçeliyə hücum çəkib.

Adam digər müəllimlərin müdaxiləsi ilə uzaqlaşdırılıb. Aldığı zərbələrlə yaralanan müəllim isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

https://metbuat.az/news/1262377/ayilarin-yolun-ortasinda-davasi-anbaan-goruntulendi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR