Rusiyanın şimalındakı Zavodoukosk qəsəbəsində yaşayan Gafner ailəsi 24 sentyabr günü 6 aylıq körpələrinin yataqda olmadığını görüb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, vəziyyəti polisə bildirən ailə körpənin cansız bədənini evlərinin arxa tərəfindəki meşədə tapıblar. Bir müddət sonra körpəni öldürən şəxsin körpənin bacısı 23 yaşlı Viktoria Aimetdinova olduğu məlum olub.
Körpəni öldürməyinin səbəbi isə qisas almaq idi.
Viktoria baxıcılıq etdiyi ailənin böyük oğlu Andrey Gafner ilə sevgili idi və hadisədən bir müddət əvvəl adam onu tərk etmişdi. İntiqam planları quran qadın Andreyin kiçik qardaşını qaçıraraq evin arxasındakı meşəyə aparıb və öldürüb.
Viktoria cinayətdən bir müddət əvvəl sosial media hesabında qəribə mesajlar paylaşıb və dostlarına "Ulduz" olacağını bildirib.



https://metbuat.az/news/1262848/velosipedden-yixilaraq-yaddasini-itirdi.html