Buffon tarixi rekorda

Hazırda İtaliyanın "Yuventus" klubunda çıxış edən qapıçı Canluici Buffon tarixi rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, dünən A seriyasında SPAL-la matça çıxan canlı əfsanə klub səviyyəsində 903-cü oyunu keçirib.

Bununla da o, bütün karyerası boyu yalnız "Milan"da çıxış etmiş Paolo Maldiniyə məxsus rekordu (902 oyun) qıraraq klub səviyyəsində ən çox matça çıxan italiyalı futbolçu olub.

41 yaşlı qapıçı "Parma"da 220, "Yuventus"da 658, PSJ-də isə 25 görüşdə komandasına kömək edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR