Dövlətə xəyanətdə təqsirləndirilən vəzifəli şəxsdən YENİ XƏBƏR

Dövlətə xəyanətdə təqsirləndirilən vəzifəli şəxsdən YENİ XƏBƏR
14:34 16 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Hüquq müdafiəçisi QMİ-nin həbsdə olan sektor müdiri Elşən Mustafayevlə görüşüb

 

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafayevlə görüşüblər.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub: “O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Lakin özünü təqsirli bilmir”.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR