21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Fransa və İsveçrə yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 23 oyunçuya dəvət göndərib.
Qeyd edək ki, U-21 oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komanda oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq.
№ ADI / SOYADI KLUB 1 Kamran İbrahimov Neftçi 2 Şahin Zəkiyev Keşlə 3 Nicat Mehbaliyev Sumqayıt 4 Amin Seydiyev Qəbələ 5 Turan Manafov Səbail 6 Murad Qayalı Keşlə 7 Nihad Tamazov Qarabağ 8 Anton Krivotsyuk Neftçi 9 Elçin Mustafayev Sabah 10 Hüseyin Seyliğli Darica Genclerbirliyi (Türkiyə) 11 Rafael Məhərrəmli Zirə 12 Hacıağa Hacılı Qarabağ 13 Fərid Nəbiyev Slaviya Praqa (Çexiya) 14 Barış Ekincier SK Austria Klagenfurt (Avstriya) 15 Rövlan Muradov Qəbələ 16 Səbuhi Abdullazadə Sumqayıt 17 Tural Bayramlı Keşlə 18 Şakir Seyidov Sabah 19 İsmayıl İbrahimli Qarabağ 20 Elvin Cəfərquliyev Sumqayıt 21 Ozan Can Kökcü Sabah 22 Süleyman Əhmədov Sumqayıt 23 Doğukan Öksüz Eyüpspor (Türkiyə)