Amerikanın Tennese əyalətində hər kəsi şok edən bir hadisə baş verib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Tibreshha Sexton adlı 24 yaşlı qadın "Facebook"da canlı yayım edərək bir aylıq körpəsini bir əli ilə havaya qaldırıb sallayarkən, əlindəki siqaretin dumanını körpənin üzünə üfləyib.

Sexton hadisə yerinə gələn polislərə "Bu lənətə gəlmiş körpəni istəmirəm" açıqlamasını edib. Canlı yayım zamanı bir çox izləyici ona xəbərdarlıq etməsinə baxmayaraq körpəyə işgəncə etməyə davam edib. Həbs olunan qadın körpərə qarşı zorakılıq və polisə etiraz etməsi səbəbi ilə mühakimə olunacaq. Körpə isə qadının anasına təslim edilib.

https://metbuat.az/news/1265264/genc-qadinin-aslanla-tehlukeli-reqsi.html