Los Angeles metrosunda baş verən qeyri-adi bir hadisə sossial mediada gündəm olub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Vilshire-Normandie metro stansiyasında bir qadın opera oxuyarkən bir polis məmuru ilə qarşılaşıb. Polis qadının möhtəşəm performansını qeyd edərək Tvitter hesabında paylaşıb. Qısa müddətlə milyonlarla izlənilən video sayəsində 52 yaşlı qadın bütün ölkədə məşhur olub.

Qadın üçün başladılan yardım kampaniyasında 45 min dollar yardım toplanılıb.