Amerikada qonşusunun oğru olduğunu düşünərək öldürən Amber Gugerin məhkəməsində qeyri-adi bir hadisə baş verib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 31 yaşlı polis məmuru olan Guyger məhkəmədə göz yaşları içində bu cinayəti yalnışlıqla törətdiyini açıqlayıb. Yalnışlıqla öz mənzilinin əvəzinə qonşunun mənzilinə girən qadın 26 yaşlı ev sahibi Botham Jeanın oöru olduğunu düşünərək silahı ilə vuraraq öldürüb. Amber Guyger olanları göz yaşları içində danışarkən öldürülən adamın 18 yaşlı qardaşı "Səni bağışlayıram. Həbsə girməyini istəmirəm. Sənin üçün ən yaxşısını istəyirəm. Tanrının bizdən istədiyinin bu olduğunu bilirəm" deyərək qadını qucaqlayıb.
Məhkəmə qonşusunu yalnışlıqla öldürən Guygerin 99 il həbsini tələb edib.
Guygerin təqsirkar olub olmadığı mübahisə olunarkən bina dizaynlarının həqiqətən də çox bənzədiyi ortaya çıxıb.




https://metbuat.az/news/1266295/disneyland-in-ilk-musterisi-64-ildir-odenissiz-eylenir.html