Amerikanın məşhur uşaq əyləncə parkı "Disneyland" ziyarətçilərinə qapılarını ilk dəfə 1955-ci ildə açmışdı.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 1 dollarlıq bilet alan şotland universitet tələbəsi Dave Macperson gecə saat 2-də sıraya girərək ilk müştəri olmuşdu. Macperson bununla parkda həyatı boyunca ödənişsiz əylənmə hüququ qazanmışdı.
Aradan 64 il keçməsinə baxmayaraq Macpersonun əyləncə sevgisi azalmayıb. 86 yaşlı Macperson hələ də hər il parka gedir. Hazırda "Disneyland" biletlərinin qiyməti 100-125 dollar arasında dəyişir.
"Disneyland" açıldığı ilk gündən o bileti almağı hədəflədiyini deyən şanslı adam parka gedə bilmək üçün kilometrlərlə yol qət edib və Ualt Disneyin ailə üzvləri və dövrün məşhur ulduzlarından sonra əyləncə parkına girən ilk adam olub.
https://metbuat.az/news/1265905/metroda-opera-oxuyan-qadin-olkede-gundem-oldu.html