Bu da "Uşağı olmayacaq" deyilən Nigarın ÖVLADLIĞA GÖTÜRDÜYÜ QIZ - FOTO

Bu da "Uşağı olmayacaq" deyilən Nigarın ÖVLADLIĞA GÖTÜRDÜYÜ QIZ - FOTO
10:47 5 Oktyabr 2019
196 Şou
Ölkə mətbuatı
A- A+

Tanıdığı imkansız ailənin yeni doğulan körpəsini övladlığa götürən Əməkdar artist Nigar Şabanova "Şou ATV"nin efirində qonaq olub.

Milli.Az xəbər verir ki, 30 yaşlı xanım sənətçi Nəfsə adlı qızını studiaya gətirərək ilk dəfə üzünü göstərib.

Nigar heç vaxt qızından onun ögey anası olduğunu gizlətməyəcəyini bildirib:

"Niyə gizlədim ki? Burada gizlin heç bir şey yoxdur. Allahdan gizlin deyilsə, bəndədən niyə gizlin olsun ki? Düzdür, ailə bunu istəmir bilsinlər. Amma heç vaxt-heç vaxt demək olmaz. Bilmək olmur sabah nə olacaq. Ola bilər ki, görmək istəyərlər. Buna heç vaxt qadağa qoymaram. Bəlkə elə Nəfsə özü deyəcək "Mən əsl anamı, atamı bilmək istəyirəm". Çünki, mən inanmıram ki, Nəfsə mənə sabah dönük çıxa bilər. Çünki mən anama, atama dönük övlad olmamışam. Valideynlərim üçün edəcəyim heç bir şey yoxdur. Ona görə, mən necə övlad olmuşamsa valideynlərimə, Allah onu mənim qabağıma çıxardacaq". 

Qeyd edək ki, 16 yaşında zorla ərə verilən Nigar Şabanovanın ailə həyatı dağılıb. Əməkdar artistin heç vaxt övladının olmayacağı deyilsə də həkimlər ona "yüzə-yüz ümidini üzmə" deyiblər. 

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/791789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR