Kamran bəy ANS PRESS-ə açıqlamasında, barəsində yayılan söhbətlərə bazar ertəsi aydınlıq gətirəcəyini bildirdi:
“Artıq hamınız bilirsiz ki, gələn həftədən "Günə baxan”ın aparıcısı Elgiz Əkbər olacaq. Mayın 18-də verilişi Elgiz Əkbərə təhvil verəcəm. İndi hamı mənim ANS-dəki gələcək taleyim maraqlandırır. Bütün suallara həmin günü elə "Günə baxan"ın efirində cavab verəcəm.
Verilişdən niyə getdiyimi, bunun kimin qərarı olduğunu açıqlayacam. Narahat olmayın, hər şeyə aydınlıq gətiriləcək. Gözləyin, açıqlamalarım olacaq. Deyəcəklərim var..."
Kamran Həsənlinin başqa layihə ilə efirə qayıdacağı ilə bağlı məlumatlar yayılıb. Bütün bunların nə dərəcədə real olacağını isə zaman göstərəcək...
Mənbə
ANS PRESS