Türkiyədə "Silver-Russel" adlandırılan nadir sindromla doğulan uşaq görənləri təəccübləndirir.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə yaşayan və 2005-ci ildə dünyaya gələn uşaq 4 kiloqram çəkidə və 65 santimetr boyundadır. Ən böyük xəyalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və "Fənərbağça"nın keçmiş qapıçısı Volkan Dəmirəllə görüşmək olduğunu deyəl İlkər Bayraq adlı uşaq görənlərin ona maraqla baxdığı deyir. Uşağın anası onun 850 qram çəki ilə doğulduğunu bildirib və deyib:
"İnkişafdan geri qaldığı üçün xəstəxanalara müraciət etdik. Ankarada aparılan incələmələrdə "Silver-Russel" adlandırılan xəstəlik diaqnozu qoyuldu. Milyonda bir görülən xəstəlikdir. Türkiyədə bu xəstəliklə doğulan sadəcə 3 uşaq var".