“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Vəzifə səlahiyyətlərimin icrasına başlayanda İŞİD bölgədə təsiredici gücə malik idi. Biz onları 100 faiz məğlub etdik. Qoy indi İŞİD-lə Türkiyə, Suriya, İran, Rusiya və kürdlər maraqlansın”, - deyə ABŞ prezidentinin ölkə hərbçilərinin Türkiyə ilə sərhəd bölgəsindən çəkilməsi ilə bağlı açıqlamasında bildirib.
Qeyd edək ki, Donald Tramp ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxması barədə verdiyi əmr icra edilir.