Millimizdə ciddi itki - Heyətdən çıxarıldı

Millimizdə ciddi itki - Heyətdən çıxarıldı
16:32 7 Oktyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın son turunda "Sabah"la oyundan zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emreli millimizin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək. Əvəzində, "Neftçi"dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Qeyd edək ki, yığmamız oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/792304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR