Şərurda iki mikroavtobus toqquşdu -

Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi "Reno" markalı mikroavtobuslar toqquşub.

Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölmüş, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR