Bakı. Trend:

ABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə denuklearizasiya dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir.

Trend-in məlumatına görə, Vaşinqtonun danışıqları bərpa etməyə hazır olduğu bildirilir:

ABŞ-ın tərksilah konfransındakı daimi nümayəndəsi Robert Vud qeyd edib ki, ABŞ danışıqları davam etdirmək üçün Stokholma qayıtmağa hazırdı.

Qeyd edək ki, KXDR-in xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qilin rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi nümayəndə heyəti Stokholmda rəsmi işgüzar görüşlər keçirib.

Ancaq danışıqların bitməsini gözləmədən, Şimali Koreyalı diplomatlar işçi görüş yerini tərk ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin