Bu gün Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığmamız Bəhreynlə qarşılaşacaq. Bəhreyn Milli Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 20:30-da başlayacaq.

FİFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

9 oktyabr

Yoldaşlıq oyunu

20:30. Bəhreyn - Azərbaycan
Bəhreyn milli stadionu

Milli.Az