“Boeing 737 Max”lar istismara qaytarılır

“Boeing 737 Max”lar istismara qaytarılır
21:02 9 Oktyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

“American Airlines” şirkəti gələn ilin 16 yanvar tarixindən “Boeing 737 Max” tipli təyyarələrinin istismarını davam etmək qərarına gəlib.
“Report” şirkətin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən təyyarələrin proqram təminatının yenilənəcəyi nəticəsində bu il ərzində onları sertifikatlaşdırılmasına, gələn il yanvar ayından da müntəzəm istismarına yol açacağı gözlənilir.
Xatırladaq ki, “Boeing 737 Max” tipli təyyarələrin ötən il 29 oktyabr tarixində İndoneziyada 189 nəfərin ölümünə, bu il martın 10-da Efiopiyada 157 nəfərin ölümünə səbəb olan iki qəzadan sonra istismarı dayandırılmışdı. “İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemində nasazlıq yarandığını etiraf etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/boeing-737-max-lar-istismara-qaytarilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR