Zelenski dünya rekordunu təzələdi -

Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin jurnalistlər üçün keçirdiyi press-marafon dünya rekordunu yeniləyib.

Metbuat.az -ın məlumatına görə, artıq 9 saatdan çoxdur Zelenskinin press-marafonu davam edir.

Yerli vaxtla saat 18:30-da Ukraynanın Milli Rekordlar Reyestrinin nümayəndəsi press-marafona gələrək Zelenskinin rekord qırdığını bildirib və onu bu münasibətlə təltif edib.



Qeyd edək ki, Zelenskinin ilk dəfə keçirdiyi press-marafon bu gün saat 10:00-da başlayıb. Jurnalistlər tərəfindən Ukrayna prezidentinə çoxsaylı suallar ünvanlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR