HƏMAS iki girovu sərbəst buraxdı

HƏMAS hərəkatı girovluqda olan iki ABŞ vətəndaşını sərbəst buraxıb və onlar İsraildədir.

Metbuat.az xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb. Məlumata görə, Təl-Əvivdəki “NBC News” bürosunun keçmiş rəhbəri Martin Fletçerin ailə üzvləri Natali və Cudit Ranan sərbəst buraxılıblar.

Qeyd edək ki, HƏMAS və İsrail Qəzzada atəşkəs razılaşması əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı