"Trampın sülhə nail olmaq fürsəti var" - KİV

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

"Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-nin maraqlarına xidmət edəcək”, - jurnal qeyd edib.

“Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır", - yazıda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı