“Barış pınarı” əməliyyatında 174 terrorçu öldürülüb

Suriyanın şimalında “Barış pınarı” hərbi əməliyyatları çərçivəsində indiyədək məhv edilən terrorçuların sayı açıqlanıb.

Metbuat.az Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla bildirir ki, bu saatadək Suriyanın şimalında öldürülən terrorçuların sayı 174 nəfərə çatıb.

Bundan başqa, 11 kənd terrorçulardan azad edilib. Hazırda əməliyyatın uğurla davam etdiyi qeyd olunub.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR