Türkiyə XİN başçısı NATO-nu ikili standartlarla yanaşmada ittiham edib

Türkiyə XİN başçısı NATO-nu ikili standartlarla yanaşmada ittiham edib
13:52 11 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

“Barış pınarı” (“Barış bulağı”) antiterror əməliyyatı NATO-nun cənub-şərq sərhədini təhdid edən terrorun bitməsi məqsədi daşıyır”.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuat üçün açıqlamasında bildirib.
O, baş katibə “Barış pınarı” antiterror əməliyyatı barədə məlumat verdiyini deyib: “İttifaqımız və müttəfiqlərimizin ölkəmizlə güclü müqavimət göstəməsindən gözləntilərimizi bir daha vurğuladıq. Türkiyə boynuna ağır yük götürüb. "Türkiyənin qanuni narahatlığını başa düşürük” demək yetərli deyil. Bu istiqamətdə fəaliyyəti açıq və qəti şəkildə görmək istəyirik”. 
Baş katib isə öz növbəsində deyib: “NATO Türkiyəni cənub sərhədlərinin qorunmasını dəstəkləyir. NATO ilə Türkiyə birlikdə fəaliyyət göstərir. Türkiyə son illərdə hərbi təsisatlara 5 milyon dollardan artıq sərmayə qoyub. Bunların arasında radar və dəniz qüvvələrinin bazaları da var. Bu, NATO ilə birgə fəaliyyətin necəliyinin ifadəsir. NATO üzvlərindən heç biri Türkiyə qədər Orta Şərqdən gələn hücumlara məruz qalmayıb. İŞİD ortaq düşməndir və hələ təhlükəli olaraq qalır. Qazanılanlar təhlükəyə atılmamalıdır. NATO Suriyanın şimalında yer almayıb. YPG məsələsində də NATO-da ortaq bir fikir yoxdur”.
M.Çavuşoğlu əlavəsində bildirib ki, hamısı terrorçu PKK ilə YPG-nin eyni olduğunu yaxşı bilir: “Hamısı Türkiyənin narahatlığının haqlı oldğunu söyləyir. Sizdə əvvəlcədən rəy yarada bilərlər. Bu, mənim problemim deyil. Bu, sizin ikiüzlülüyünüzdür. Türkiyə müzakirə məsələsini axıradək araşdırıb. NATO müttəfiqlərini qorumaq üçün planlar qəbul edir. Türkiyəni qorumaq planını da təsdiqləyib. Sonra 8 ölkə bunu haqsızcasına blok etdi. Həmin hesabatda terrorçu PKK/YPG də var. PKK ortaq düşmənimiz deyilmi? Biz qətiyyətliyik, hədəfimiz terrorçulardır. Humanitar məsələlərdə həssasıq”.
Qeyd edək ki, Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edib. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də nəzərdə tutulub. Baş katib Türkiyə prezdenti ilə görüşü həsrətlə gözlədiyini vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-xi-n-bascisi-nato-nu-ikili-standartlarla-yanasmada-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR