Keyni təhqir etdiyi üçün cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası "Liverpul"un futbolçusu Harvi Elliottu 14 günlük cəzalandırıb.

Metbuat.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, 16 yaşlı hücumçu "Snapchat"da "Tottenhem"in oyunçusu Harri Keyni təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. Bundan başqa, o, 350 min funt sterlinq məbləğində cərimələnib.

Qeyd edək ki, Elliott iyulda "Fulhem"dən "Liverpul"a keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR