Cem Yılmazdan nümunəvi addım - Konsertdən gələn gəlirləri vəqfə bağışlayacaq

Cem Yılmazdan nümunəvi addım - Konsertdən gələn gəlirləri vəqfə bağışlayacaq
13:22 12 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur komediya ustası Cem Yılmaz "Sülh Çeşməsi" hərəkatına dəstək olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor 29 oktyabrdakı konsertindən gələn bütün gəlirlərini "Mehmetçik" vəqfinə bağışlayacaq.

Bu barədə Cem Yılmaz özü tvitterdən açıqlama yayıb: "29 oktyabr tamaşamın bütün gəlirlərini "Mehmetçik" vəqfinə bağışladığımı bütün sevənlərinə elan edirəm. Birlik və bərabərlikdən payını almayan sosial media ruhubu məmləkətimə daha faydalı işlərdə görmək diləyi ilə".

Qeyd edək ki, Cemdən bir neçə saat əvvəl müğənni Demet Akalın instaqram hesabından verdiyi açıqlama ilə Bostançı konsertinin bütün gəlirlərini türk əsgərlərinə bağışladığını açıqlamışdı: "Konsertimizin bütün gəlirləri aslan parçalarına gedəcək. Bizim əlimizdən gələn budur. Veriləcək hər cür vəzifə üçün də mənim adımı başdan yazın. Dövlətimizin, əsgərimin hər zaman yanındayam".

Qeyd edək ki, Cem Yılmaz 16-17 noyabarda Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Fərat çayının şərqindəki terrorçulara qarşı "Sülh Çeşməsi" əməliyyatı təşkil edib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR